“Sabah” Macarıstan komandası ilə qarşılaşacaq

Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan “Sabah” yoxlama oyunları üçün rəqiblərini açıqlayıb.

Komanda.az xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “bayquşlar” iyunun 24-də Rumıniyanın “Universitatya Krayova”, iyunun 28-də “Ferentsvaroş”, iyulun 2-də isə Ukrayna klubu “Polesye” ilə qarşılaşacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.

“Sabah” ilk matçı evdə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button