
“Sabah” “Gəncə”ni səfərdə məğlub etdi
Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk matçında “Gəncə” “Sabah”ı qəbul edib. Gəncə İdman Sarayındakı qarşılaşma qonaqların qələbəsi ilə bitib – 87:73.
Günün ikinci görüşündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gələcək.
Tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), “Quba” “Lənkəran”ı (95:88) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



