“Azərbaycanın ən yaxşı oyunçularından birini heyətimizə qatdıq”

“Sabah” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Jelko Sopiç 23 yaşlı hücumçunun transferiylə bağlı saytımıza açıqlama verib:

“Çox sevincliyəm. Çünki Azərbaycanın ən yaxşı oyunçularından birini heyətimizə qatdıq. Ramil Şeydayev yüksək keyfiyyətlərə malik yaxşı futbolçudur. Onu Azərbaycana gəlməmişdən tanıyırdım. Xorvatiya – Azərbaycan görüşündə gözəl qola imza atmışdı. Fikrimcə, onun komandamızda olması bizə irəli xətdə əlavə güc verəcək. Şeydayevin bizim sıralarımıza qoşulması məni çox sevindirir”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button