Səudiyyə Ərəbistanının 2 klubundan “Neftçi”nin baş məşqçisinə təklif

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, sözügedən ölkənin iki klubundan 48 yaşlı rumıniyalı mütəxəssisə dəvət gəlib. Bu barədə “Playsport.ro” nəşri məlumat yayıb.

Nəşr Regekampfın “ağ-qaralar”dan ayrılacağını bildirib. Onun Qətərdən də bir təklifinin olduğu deyilir.

Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button