Sərt tənqidə məruz qaldılar – Pelenin dəfnində iştirak etməyənlər

Pelenin dəfnində iştirak etməyən keçmiş və indiki braziliyalı futbolçular sərt tənqidlərə məruz qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlər xüsusilə, sosial şəbəkədə kədərlərini bildirən, lakin əfsanəvi braziliyalının vida mərasiminə gəlməyən futbol adamlarından narazı qalıblar.

Belə ki, tənqid ilk növbədə Braziliya millisinin üzvü Neymara yönəlib. PSJ-nin futbolçusu Peleyə həsr olunmuş vida postu yerləşdirib, onun altında izləyicilərdən mənfi rəylər alıb. Şərh yazanlardan biri belə yazıb: “Demək asandır, amma sən atanı dəfnə göndərdin, özün gəlmədin”.

Məşhur keşmiş futbolçu Kakanın Pelenin dəfn mərasimində iştirak etməməsi də azarkeşləri qəzəbləndirib. Təxminən bir il əvvəl keçmiş yarımmüdafiəçi Braziliya xalqını əcnəbilər kimi öz futbol qəhrəmanlarına hörmət etmədiklərinə görə qınamışdı. Sosial şəbəkədəki pərəstişkarları Kakaya “Sənə sahib olduğun həyata yol açan adamın dəfninə belə, gəlmədin” sözlərini yazıblar.

Pelenin dəfnini buraxan Ziko, Romario, Ronaldo, Ronaldinyo və bir sıra digər məşhur braziliyalılar da tənqid edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button