Sənan Qurbanov: “Qol imkanlarından yararlana bilmədik”

“Şamaxı”nın baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyunundan sonra (1:2) açıqlama verib.

Komanda.az xəbər verir ki, Qurbanov, rəqibin ikinci hissədə aqressiv oynadığını bildirib:

“Stadionda yaxşı atmosfer var idi. Oyuna yaxşı başladıq, qol da vurduq. Amma rəqib son çempiondur. Buna baxmayaraq, biz də çalışdıq. İlk yarıda pressinq etdik.

Çalışacağıq ki, gələcəkdə azarkeşlər önündə məğlub olmayaq.

“Neftçi” ilk yarını məğlub bitirmişdi. Bilirdik ki, ikinci hissədə aqressiv olacaqlar. Qol imkanlarından yararlana bilmədik. “Neftçi”nin ustalığa malik oyunçuları isə belə imkanları qaçırmadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button