“Şəmkir”in futbolçusu mükafatlandırıldı

Azərbaycan 2-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir”in futbolçusu Vidadi Cəfərov mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatları 15-cibturun “Şəmkir” – “Göygöl” oyunundan əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button