
“Şəfa” Kosovo klubundan ayrılan futbolçu ilə müqavilə bağlayıb
Azərbaycan 1-ci Liqasının iddialı komandalarından olan “Şəfa” heyətini Kosovo klubundan ayrılan Elmir Tağıyevlə gücləndirib.
Bu barədə Komanda.az-a Bakı klubunun mətbuat xidmətindən bildirilib.
25 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu Kosovo təmsilçisi “Drenitsa” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



