“Səbail”də Rauf Əliyev sevinci

“Səbail”in zədəli futbolçusu Rauf Əliyev artıq sağalıb və komanda ilə məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu Premyer Liqanın 26-cı turunun “Səbail” – “Neftçi” matçında (0:4) başından zədə almışdı. Əliyev bu səbəbdən 27-ci turun “Zirə” – “Səbail” matçını (0:2) buraxmışdı.

“Səbail” çempionatın son turu çərçivəsində sabah “Sumqayıt”la qarşılaşacaq. “ASCO Arena”da keçiriləcək oyun saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button