“Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

İspaniyanın “Real” və İngiltərənin “Çelsi” klublarının əfsanələri arasında yoxlama oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüş iyunun 23-də keçiriləcək. Oyuna bilet qiymətləri isə 5 avrodur. Oyundan qazanılan gəlirin xeyriyyə fonduna xərclənəcəyi bildirilir.

Oyuna “Real”ın sabiq futbolçuları Raul Qonsales, Roberto Karlos, Stiv Makmanaman, Alvaro Arbeloa, “Çelsi”dən isə Marsel Desayi, Eydur Qudyonsen, Maykl Essyen, Rikardo Karvalyo və başqa futbolçular dəvət alıb.

“Çelsi”nin sabiq üzvü Maykl Essyen bir neçə gün əvvəl “Səbail”lə rəsmi müqavilə imzalayıb. Essyen həmçinin “Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button