“Səbail”dən daha 2 transfer – RƏSMİ

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” daha iki futbolçu transfer edib.

Komanda.az xəbər verir ki, paytaxt klubu makedoniyalı qapıçı Daniel Bojinovski və fransalı yarımmüdafiəçi Dilan Duventrunu heyətinə qatıb.

Bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb. Hər iki futbolçunun “Səbail” forması ilə şəkilləri paylaşılsa da, tərəflər arasında imzalanan müqavilənin detalları və müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Duventru geridə qalan mövsümü “Zirə”də keçirib. Lakin mövsüm bitən kimi paytaxt klubu 30 yaşlı futbolçu ilə yolları ayırmışdı.

Bojinovskiyə gəlincə, onun son iş yeri ölkəsinin “Rabotniçki” komandası olub. O, “Sileks”, “Breqalniça” kimi klublarda da forma geyinib.

“Səbail” daha öncə Kamal Bayramov (“Zirə”), Ürfan Abbasov (“Qəbələ”) və Turan Manafovu (“Zaqatala”) heyətinə qatdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button