“Səbail” Türkiyədə qarşılaşacağı rəqiblərini açıqladı

“Səbail”in Tükiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi qardaş ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button