“Səbail” hücumçusu ilə müqavilənin müddətini uzatdı

“Səbail” klubu futbolçusu Rauf Əliyevlə müqavilənin müddətini artırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir il “Səbail”də çıxış edəcək. Raufun müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər artırılıb.

2020-ci ilin yanvarından “Səbail”də çıxış edən Rauf Əliyev ötən mövsümdə 24 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button