“Səbəbkar yüz faiz İliç idi” – “Şamaxı”nın məşqçisi

“Gərgin oyun alındı. Əsasən də, matçın sonu drammatik oldu. Bizim üçün üzücü alındı. Həftəiçi yaxşı hazırlaşmışdıq, yaxşı təhlillər etmişdik. Rəqibi təbrik edirəm”.

Komanda.az xəbər verir ki, bunu “Şamax”ının məşqçisi Elnur Çodarov Misli Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyunundan sonra (1:2) mətbuat konfransında deyib.

“Şamaxı” – “Sumqayıt” matçının sonlarında ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov qırmızı vərəqə aldığı üçün konfransda onun köməkçisi danışıb.

Çodarov məğlubiyyəti bu cür şərh edib:

“Konsentrasiya çatmadı. Əsasən də, künc zərbəsi zamanı”.

O, həmçinin, Ayxan Abbasovla Saşa İliç arasında yaşanmış mübahisəyə də toxunub:

“Qoldan sonra rəqib komandanın baş məşqçisi biz tərəfə, daha dəqiq desək, Ayxan Abbasov tərəfə aqressiv jestlər etdi. Hadisə də oradan başladı. Gördüyüm bunlar idi. Onsuz da, həmin hadisədən sonra aləm qarışdı. Təbii ki, səbəbkar yüz faiz Saşa İliç idi”.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button