Ruslan Qurbanovun komandası səfərdə uduzdu

Futbol üzrə Belarus çempionatında 17-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Jodino” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.

“Slaviya” hazırda 27 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button