“Neftçi”nin sabiq futbolçusunun klubunda baş məşqçi ayrılığı

Rusiyalı mütəxəssis Oleq Kononov baş məşqçisi olduğu “Riqa” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Latviya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kononov ailəvi səbəblərə görə baş məşqçi postundan ayrıldığını bildirib.

Kononov bu ilin fevralından “Riqa”nı çalışdırırdı. Latviya təmsilçisində “Neftçi”nin sabiq futbolçusu Dario Frederiko çıxış edir.

“Riqa” Latviya çempionatında 25 turdan sonra 69 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button