Ronaldonun bacısı Portuqaliya millisini tənqid etdi

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Konqo ilə keçirilən oyundan sonra (1:1) komandanın çıxışını tənqid edib.

Komanda.az xəbər verir ki, Aveyru sosial şəbəkə hesabındakı paylaşımda yığmanın sərgilədiyi oyundan narazı qaldığını bildirib:

“Millimiz zəif oyun göstərdi, futbolçular arasında heç kimi xüsusi qeyd edə bilmirəm. Portuqaliya millisi yalnız matçın əvvəlində yaxşı təsir bağışladı, sonra isə bunun davamı gəlmədi. Bu, gözlədiyimiz komanda deyildi. Amma dünya çempionatındakı ilk oyunda qeydə alınan heç-heçəyə görə özümü bədbəxt hiss etmirəm”.

Portuqaliya millisi mundialdakı növbəti matçını iyunun 23-də Özbəkistan yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button