Ronaldo rəsmən “Əl Nəsr”də!

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldunun Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Ronaldo Qətərdə keçirilən dünya çempionatından əvvəl “Mançester Yunayted”lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib. O, yeni klubunda da 7 nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button