“Barselona”nın sabiq futbolçusundan Ronaldo haqda xoş sözlər

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike “Real”ın keçmiş hücumçusu Kriştiano Ronaldoya qarşı oyunları xatırlayıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun inanılmaz universallığa sahib olduğunu deyib:

“Ronaldo hər şeydə mükəmməl idi. O, həqiqi futbol maşını sayılırdı. Ona qarşı oynamaq son dərəcə çətin olurdu. Onda hər şey vardı: sağ və sol ayaq, başla oyun, penaltilər, cərimə zərbələri, güc, sürət… Tamamilə hər şey. Onun ideal bədən quruluşu var”.

Ronaldo 2009–2018-ci illər arasında “Real”ın heyətində çıxış edib. 40 yaşlı hücumçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinir və müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button