Ronaldo ancaq Keyndən geri qalır

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ötən gecə Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda “Əl-İttifaq”la görüşdə (3:1) qol vurub.

Komanda.az xəbər verir ki, 38 yaşlı futbolçu üçün bu qol 2023-cü ildə 51-ci olub. Ronaldo bu göstəricidə yalnız “Bayern”in hücumçusu Harri Keyndən (52) geri qalır. PSJ-nin forvardı Kilian Mbappenin də 51 qolu var.

2023/24 mövsümündə Ronaldo “Əl-Nəsr”in heyətində 23 oyun keçirib, 21 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button