Mxitaryanı Ermənistan millisinə çağırmadılar: “Deyilən səbəblərə inanmıram”

“Roma”nın futbolçusu Henrix Mxitaryan Ermənistan milli komandasının Xorvatiya və İsveçə qarşı keçirəcəyi yoxlama oyunları üçün heyətə dəvət almayıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yığmaya çağırılmamasına təəccüblənib. O, bununa bağlı “tvitter” hesabında paylaşım edib:

“Milliyə çağırılmamağım mənim üçün sürpriz oldu. Ermənistan yığmasının məşqçilər korpusunun məni niyə çağırmadığını bilmirəm. Mənə deyilən səbəblərə inanmıram. Buna baxmayaraq, qarşıdakı oyunlarda komandama uğurlar arzu edirəm”.

Mxitaryan Ermənistan yığmasında 88 oyunda 30 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button