Mourinyo PSJ rəsmisi ilə danışdı – İkardinin transferi üçün

“Roma” PSJ-nin hücumçusu Mauro İkardi ilə maraqlanır.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo Paris klubunun idman müşaviri Luis Kamposla 29 yaşlı argentinalı futbolçunun transferi ilə bağlı danışıb.

İkardi ötən mövsüm PSJ-nin heyətində bütün yarışlarda 30 matçda 5 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button