
Rodriqo ilə bağlı qərar verilib
“Real” hücumçusu Rodriqo ilə bağlı mövqeyini müəyyənləşdirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “kral klubu” bu yay braziliyalı futbolçunun ayrılmaq istəyi olacağı təqdirdə, onun transferinə mane olmayacaq.
Rodriqonun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Braziliyalı oyunçu Madrid təmsilçisini tərk etmək fikrində deyil. O, komandadakı yerini qorumaq və özünü yeni baş məşqçi Joze Mourinyoya sübut etmək əzmindədir.
Hazırda ciddi zədədən sonra bərpa prosesi keçən 25 yaşlı futbolçu gələcəyini “Real”da görür. Bununla belə, “Real” Rodriqo ilə bağlı digər klublardan gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



