
“Artıq hərəkətə keçməyin vaxtıdır”
“Real”ın hücumçusu Rodriqo klubun və azarkeşlərin ona göstərdiyi etimadı doğrultmağa hazır olduğunu bildirib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu məsuliyyəti öz üzərinə götürməyin vaxtının çatdığını vurğulayıb:
“Klubun və azarkeşlərin etimadını doğrultmalıyam. Artıq hərəkətə keçməyin vaxtıdır”.
Rodriqo cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



