Roberto Karlosdan özbək futbolçuya təbrik

Braziliyalı sabiq müdafiəçi Roberto Karlos Rusiyanın “Ural” klubunda çıxış edən özbəkistanlı yarımmüdafiəçi Oston Urunovu toyu münasibətilə təbrik edib.

Komanda.az xəbər verir ki, Karlos Urunova video-təbrik göndərib. Oston isə bunu sosial şəbəkədə paylaşaraq, “Təşəkkür edirəm” yazıb.

Roberto Karlos “Real”la dörd dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi olub. O, Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu adını qazanıb. Braziliyalı keçmiş futbolçu “Real”dan başqa, “İnter”, “Anji”, “Fənərbaxça” kimi klublarda da çıxış edib.

Oston Urunov Özbəkistan “Paxtakor”unun yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button