Riçard Almeydalı “Baniyas” səfərdən xalsız döndü

Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Baniyas” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Xorfakkan”la qarşılaşıb. Almeydanın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

“Baniyas” 18 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button