Reytinq: “Qarabağ” mövqeyini qorudu, “Neftçi”…

Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.

Azərbaycan siyahıda üç komanda ilə təmsil olunub. Premyer Liqanın son çempionu “Qarabağ” 183 xala malikdir. “Köhlən atlar” 80-ci pillədəki mövqeyini qoruyub.

“Neftçi” 3 pilləlik irəliləyişə nail olub. “Ağ-qaralar” 33 xalla 214-cüdür.

İki pillə yüksələn “Qəbələ” 5 xalla 370-ci sırada qərarlaşıb.

Siyahıya 2211 xala malik “Real” başçılıq edir. “Bayern”in 1695, “Liverpul”un 1645 xalı var.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button