Reytinq: Azərbaycan millisi ili 127-ci pillədə başa vurdu

FİFA-nın milli komandalar üçün yenilənmiş reytinq siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, nəticələrə əsasən, Azərbaycan millisi 1132.97 xalla 127-ci pillədə yerini qoruyub. 

Kipr yığması Azərbaycan millisini izləyir (1128.5). Malavi isə Ayxan Abbasovun baş məşqçisi olduğu komandanı qabaqlayaraq, bir pillə yuxarıda qərarlaşıb (1133.75).

Reytinqdə ilk 10-luq belədir:

1. İspaniya (1877.18)
2. Argentina (1873.33)
3. Fransa (1870)
4. İngiltərə (1834.12)
5. Braziliya (1760.46)
6. Portuqaliya (1760.38)
7. Niderland (1756.27)
8. Belçika (1730.01)
9. İtaliya (1717.71)
10. Almaniya (1724.15)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button