
De Zerbi ilə “Tottenhem” rəhbərliyi arasında fikir ayrılığı
“Tottenhem” “Mançester Yunayted”in vingeri Markus Reşfordla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi futbolçunun transferi üçün çalışsa da, klubun idarə heyəti “qırmızı şeytanlar”ın oyunçu üçün üçün təyin etdiyi 40 milyon funt sterlinqi (təxminən 46,5 milyon avro) təklif etmək istəmir. Razılıq əldə olunarsa, Reşfordun özü də müqavilənin bağlanması üçün maaşının azaldılmasına razılaşmalı olacaq.
28 yaşlı futbolçu 2025/26 mövsümündə “Barselona”da icarə əsasında oynayıb. “Transfermarkt” onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



