Rebrov millinin baş məşqçisi ola bilər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” komandasının baş məşqçisi Sergey Rebrov Ukrayna millisinin “sükanı arxasına” keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis hazırda bu posta əsas namizəddir.

Rebrovun 2023-cü il yanvarın 1-də BƏƏ təmsilçisini tərk edərək, yığmanın baş məşqçisi olacağı bildirilib.

Ukrayna millisinin hazırkı baş məşqçisi Aleksandr Petrakovun assosiasiya ilə müqaviləsi başa çatıb. Onun komandadakı taleyi ilə bağlı açıqlama verilməyib.

Rebrov 2021-ci ildən “Əl-Əyn”də işləyir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button