“Real”ın müdafiəçisi tibbi müayinədən keçib

“Real”ın müdafiəçisi Raul Asensio zədədən sonra tibbi müayinədən keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun vəziyyəti ciddi narahatlıq doğurmur. Tibbi prosedurlardan sonra Asensio xəstəxananı tərk edib.

23 yaşlı oyunçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Benfika” ilə matçı sonadək davam etdirə bilməmişdi. Həmin qarşılaşma “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Alvaro Arbeloanın rəhbərlik etdiyi Madrid təmsilçisi iki oyunun nəticəsinə əsasən rəqibini üstələyərək (3:1), turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button