“Real”ın Kroosu əvəzləmək üçün 2 namizədi var

“Real” “Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix və “Mançester Siti”nin futbolçusu Rodrini almaqda maraqlıdır.

Komanda.az AS-a istinadən xəbər verir ki, “kral klubu” onları 2024-cü il Avropa çempionatının sonunda karyerasını başa vuracaq Toni Kroosun əvəzedicisi kimi nəzərdən keçirir.

“Bayern” 29 yaşlı Kimmix üçün təxminən 60-70 milyon avro tələb edə bilər. Bu mövsüm Kimmix Münhen klubunun heyətində bütün yarışlarda 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

27 yaşlı Rodri 2023/24 mövsümündə 47 oyun keçirib, 9 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button