“Real”ın hücumçusu ən yaxşı seçildi

Uelsdə 2018-ci ilin ən yaxşı futbolçusunun adı məlum olub.

Komanda.az xəbər verir ki, peşəkar futbolçular arasında keçirilən sorğuda, “Real”ın hücumçusu Qaret Beyl ölkəsində ötən ilin ən yaxşısı seçilib. Bu barədə o, “tvitter” hesabından məlumat yayıb.

2013-cü ildən “Real”da forma geyinən Beyl, bu mövsüm La Liqada 22 qarşılaşmada iştirak edərək, 8 qol vurub. Uels millisində 74 oyun keçirən hücumçu, 31 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button