
“Real”ın futbolçusu Almaniya mətbuatında tənqid atəşinə tutuldu
Almaniya mediası milli komandanın və “Real”ın müdafiəçisi Antonio Rüdigerin davranışı ilə bağlı müzakirələrlə “dolub-daşır”.
“Real” və “Xetafe” arasında keçirilən La Liqa matçında (0:1) Rüdiger rəqibin müdafiəçisi Dieqo Rikonun üzünə dizi ilə vursa da, cəzadan qurtulub.
Komanda.az xəbər verir ki, Almaniyanın bir neçə nəşri oyunçunu sərt tənqid edib. “Bild” qəzetində dərc olunmuş məqalədə iddia olunur ki, bu, sadəcə kobud qayda pozuntusu deyil, birbaşa rəqibə xəsarət yetirməkdir. Almaniya mediası əvvəllər də davranışına nəzarəti dəfələrlə itirən Rüdigerin yayda keçiriləcək dünya çempionatında iştirakını sorğulamağa başlayıb.
Bundan əvvəl Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann komandada “toxunulmaz” oyunçu olmadığını və idmanın fundamental prinsiplərini pozan vəziyyətlərin qəbuledilməz olduğunu bildirmişdi.
Bizi Facebook-da izləyin



