“Real” İngiltərə klublarının təklifini rədd edib

“Real” hücumçusu Endriki satmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Kral klubu” London təmsilçiləri “Arsenal”la “Çelsi”yə 19 yaşlı futbolçu ilə yollarını ayırmaq fikrində olmadığını çatdırıb. Madrid təmsilçisi Endriki uzunmüddətli perspektivdə vacib oyunçu hesab edir.

Braziliyalı futbolçu hazırda icarə əsasında “Lion”da çıxış edir. Onun fransızlarla icarə müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button