
“Real” Rodri üçün “pusquda dayanıb”
“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə bağlı vəziyyəti yay transfer pəncərəsində heyəti gücləndirmək üçün potensial imkan kimi qiymətləndirir.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
29 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti ilyarımdır. O, bu müddəti uzatmaqdan imtina edərsə, ingilislər ya oyunçunu erkən satmalı, ya da 2027-ci ilin yayında kompensasiya almadan itirmə riskini gözə almalı olacaqlar.
“Real” rəhbərliyi bu vəziyyəti diqqətlə izləyir və Rodri ilə “Mançester Siti” arasındakı danışıqlar nəticəsiz qalarsa, ispaniyalı futbolçunun mövcud müqavilə vəziyyətindən istifadə etməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



