
“Real” ona əvvəlki kimi güvənmir
“Real”ın müdafiəçisi Raul Asensio yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “kral klubu” artıq 23 yaşlı futbolçuya əvvəlki kimi güvənmir və onunla yolları ayırmağa hazırdır. Bununla belə, ispaniyalı oyunçu özü komandada qalmaq niyyətindədir və ayrılmaq istəmir.
Asensio ilə “Real” arasındakı müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir.
O, cari mövsümdə bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



