Benzema “Real”ın rekodçusu oldu

“Real” İspaniya La Liqasının 26-cı turunda “Atletiko” ilə qollu bərabərə qalıb – 1:1.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Madrid derbisi “kral klubu”nun futbolçusu Kərim Benzema üçün rekordla əlamətdar olub. Belə ki, fransız hücumçu “Real”da ən çox oyun keçirən legioner futbolçu olub.

“Atletiko” ilə matç Benzemanın “Real”dakı 371-ci oyunu olub. Bundan əvvəlki rekord braziliyalı keçmiş futbolçu Roberto Karlosa aid idi. Sabiq müdafiəçi “Real”la 370 oyuna çıxmışdı.

Benzema 2009-cu ildən “Real”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button