“Real” final oyununu boykot edəcək?

Ölkə kubokunun finalına bir neçə gün qalmış “Real” İspaniya Kral Futbol Federasiyasının təşkil etdiyi tədbirləri, o cümlədən mətbuat konfranslarını, məşqləri və rəsmi şam yeməyini boykot edəcəyini açıqlamışdı.

Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, bunun səbəbi final oyununa təyinat almış hakim Rikardo de Burqos Benqoetxea ilə bağlı yaranan narazılıqlardır.

“Real” hakimə qarşı iradlarını bildirib və bu səbəbdən də, Burqosun oyunu idarə etməsinin ədalətli olmayacağını iddia edir.

Hətta madridlilər hakimlə bağlı narazılığı daha da irəlilədərək, onun mətbuat konfransında göz yaşlarını saxlaya bilmədiyini bildirib. Eyni zamanda, klub VAR sistemini də nəzərə alaraq, hakimin obyektivliyindən şübhə edir. Bununla yanaşı, “Real”ın federasiyadan hakimlə bağlı dəyişiklik tələbi geri çevrilib.

Məlumata görə, “kral klubu”nun rəhbərliyi hətta finalda “Barselona”ya qarşı oyunu boykot etməyi belə, nəzərdən keçirir. Daha əvvəl “Real”ın hakim Rikardo de Burqos Benqoetxeanın komandaya qarşı etdiyi səhvlərin videogörüntülərini yaydığı bildirilmişdi.

“El-klasiko” bu gün saat 00:00-da Sevilyadakı Olimpiya stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button