“Real” daha bir itki ilə üzləşdi

“Real” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eder Hazard sıradan çıxıb.

Əzələ ağrılarından əziyyət çəkən belçikalı futbolçu hazırda komanda ilə məşqlərdə iştirak etmir. Onun La Liqanın 9-cu turundan təxirə salınmış “Atletik”lə oyunda iştirak etməyəcəyi bildirilir.

“Real”da Qaret Beyl və Dani Sebalyos da fərdi məşqlərlə kifayətlənir. Onlar da növbəti matçı buraxacaqlar.

9-cu turdan təxirə salınmış “Real” – “Atletik” matçı dekabrın 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button