“Real”ın Marselo ilə bağlı planı

İspaniyanın “Real” klubu braziliyalı müdafiəçi Marselo ilə müqaviləni uzada bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “kral klubu” 33 yaşlı futbolçu ilə müqaviləni daha bir mövsüm uzatmağı düşünür. 

Marselonun “Real”la hazırkı müqaviləsi bu ilin yayına qədərdir. 

Braziliyalı futbolçu 2007-ci ildən “Real”da çıxış edir. O, bu mövsüm 11 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button