
ÇL: “Real” bu cür matçlarda, hətta səfərdə belə, qalib gəlməyə qadirdir”
“Bayern”in sabiq futbolçusu Xavi Martinez komandanın UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la qarşıdakı cavab oyunundan gözləntilərini bölüşüb. “Santyaqo Bernabeu”da keçirilən ilk oyun Münhen klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Martinez hələ heç nəyin müəyyənləşmədiyini deyib:
“Bayern” üstünlüyə malikdir, lakin onlar həlledici oyunçu olan Orelyen Tçuameninin yoxluğuna baxmayaraq, əlindən gələni edəcək və sona qədər mübarizə aparacaq bir rəqiblə qarşılaşacaqlar. “Bayern” favoritdir, amma hələ heç nə müəyyənləşməyib. “Real” bu cür matçlarda, hətta səfərdə belə, qalib gəlməyə qadirdir”.
Cavab oyunu aprelin 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



