“Real” braziliyalı futbolçusu ilə vidalaşdı

“Real” braziliyalı müdafiəçisi Marselo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müqaviləsinin müddəti başa çatan “sambaçı”ya yeni anlaşma təklif olunmayıb. Sabah 34 yaşlı cənubi amerikalı futbolçu ilə vida mərasimi keçiriləcək.

Paytaxt təmsilçisi ilə 25 kubok qazanan Marselo 18 yaşından “Real”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button