Raul Premyer Liqa klubunun təklifini qəbul etməyib

“Real”ın ikinci komandasında çalışan Raul Qonsales “Lids”in baş məşqçilik təklifini qəbul etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Cessi Marşı əvəzləmək istəməyib.

46 yaşlı ispaniyalı mütəxəssis yeni baş məşqçi axtaran Premyer Liqa klubunun rəhbərliyinə mövsümün yarısında komandanı çalışdırmağın əleyhinə olduğunu deyib.

“Lids” İngiltərə çempionatının turnir cədvəlində 18 xalla 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button