“Neftçi”nin böyük ev üstünlüyü var” – “Rapid”in baş məşqçisi

“Neftçi” “Lexiya”dan tamamilə fərqli komandadır. Onların fərdi olaraq əla oyunçuları var, xüsusən, legionerləri güclüdür”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Avstriyanın “Rapid” klubunun baş məşqçisi Ferdinand Feldhofer deyib.

O, Bakıdakı oyunun çox çətin olacağını düşünür:

“Azərbaycan komandasının bu oyunda böyük ev üstünlüyü var. Biz uzun səfər edəcəyik, meydan sahibi deyilik və temperatur Bakıda isti olacaq. Aramızda 2 saatlıq vaxt fərqi var. Oyun yerli vaxtla saat 21:00-da başlasa da, təxminən 30 dərəcə isti gözlənilir. Ümid edirəm ki, Bakıdakı rütubət bizə təsir etməyəcək”.

Baş məşqçi 2-ci təsnifat mərhələsində “Aris”in Bakıda “Neftçi”yə qarşı buraxdığı səhvləri etməməyə çalışacaqlarını da bildirib:

“Bütün oyun ərzində öz performansımızı, fiziki və əqli bacarığımızı ortaya qoymalıyıq. İlk 30 dəqiqədən sonra “Aris” kimi Bakıda dağılmamağımız çox vacibdir… Bu matçda əvvəlcə tapşırığı yerinə yetirməli, yaxşı nəticə qazanmalı və evə ideal qələbə ilə qayıtmalıyıq”.

“Neftçi” “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button