Ranqnikdən niderlandlı futbolçu ilə bağlı açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik niderlandlı yarımmüdafiəçi Donni van de Bekin klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “UtdReport”-a istinadən xəbər verir ki, Ranqnik, Donnini çox sevdiyini bildirib:

“Mən Donnini çox sevirəm. Növbəti mövsümdə “Mançester Yunayted”ə daha faydalı olacaq? Niyə də yox? Amma bu, həm də yeni baş məşqçidən və Donni van de Bekin özündən asılıdır. Bu barədə Donni ilə söhbətimiz olub”.

24 yaşlı niderlandlı futbolçu 2022-ci ilin yanvarında “Everton”a icarəyə verilib. O, “Mançester Yunayted”in heyətində 14 matçda iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button