Rəsmi: Hollandiyalı futbolçu “Liverpul”da

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Zvolle” klubundan Sepp van den Berqi transfer edib. 17 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Liverpul”un Berq üçün “Zvolle”yə 1,5 milyon funt-sterlinq təzminat ödəyəcəyi bildirilir. Müdafiəçi Hollandiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button