Rəhbərlik getməsini istəyir – Komanda yoldaşını vurduğu üçün

“Bayern”in hücumçusu Sadio Mane komanda yoldaşı Leroy Sane ilə mübahisə etdikdən sonra klubu tərk edə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi seneqallı forvardın davranışından razı deyil. Ona görə də, Almaniya klubunun rəhbərliyi Mane ilə yolları ayırmaq niyyətindədir.

Mane ilə Sane arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan (0:3) sonra mübahisə yaşandığı bildirilir. Mübahisə seneqallının almaniyalı hücumçunun sifətinə vurması, dodağında yara buraxması ilə bitib. Futbolçuları komanda yoldaşları ayırıb. Bundan sonra komanda yoldaşları Saneni paltardəyişmə otağından çıxarıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button