Rəsmi: “Barselona”nın futbolçusu Çin klubunda


“Barselona”nın futbolçusu Paulinyo karyerasını Çində davam etdirəcək.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Quançjou Everqrand” klubuna transfer olunub. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Paulinyoyla 4 illik müqavilə imzalanıb. Çin klubunun braziliyalı futbolçu üçün 50 milyon avro ödədiyi bildirilir. 

Paulinyo cari mövsümün əvvəlindən icarə əsasında “Quançjou Everqrand”da forma geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button