Qvardiola Xavinin istefaya göndərilməsi haqda danışıb

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Xavinin “Barselona”dan istefaya göndərilməsinə münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, istefanın dəqiq səbəbi haqda məlumatı olmadığını deyib:

“Pis xəbərlərdir. Bu baş verərsə, bu, bir şeyin səhv getdiyini göstərir. Amma istefanın baş verməsinin dəqiq səbəblərini bilmirəm. Hələlik bu haqda deyəcək heç nəyim yoxdur”.

“Barselona” İspaniya La Liqasının 38-ci turunda “Sevilya” ilə oyundan sonra 44 yaşlı mütəxəssisin postunu tərk edəcəyini açıqlayıb. Xavinin yerini almaniyalı mütəxəssis Hans-Diter Flik tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button